BURADA REKLAMINIZ OLA
BİLƏR

"Ali Baş Komandanın heykəlinin qoyulmasının artıq zamanı çatıbdır" - Hafiz Hacıyev

“Çox sevinirəm ki, cənab İlham Əliyevin adı tarixə düşdü. Torpaqlarımızın işğalçılardan, erməni faşistlərindən  azad edilməsi onun adı ilə bağlı olacaqdır. Düşünürəm ki, Ali Baş Komandanın heykəlinin qoyulmasının artıq zamanı çatıbdır və buna da biz nail olacağıq. Cənab Prezident iki il bundan əvvəl Müasir Müsavat Partiyasının fəxri sədri seçilib. Əgər bunu heç kim də eləməsə, biz onun qızıldan heykəlinin qoyulması üçün partiya üzvlərimizlə fəaliyyət göstərəcəyik”.

 
Pravda.az-ın xəbərinə görə, bu fikirləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. 

 
Partiya sədri bugünkü uğurlarımızdan və ordumuzun göstərdiyi rəşadətdən danışıb:


“Bu gün Ali Baş Komandanın, Azərbaycan Prezidenti cənab İlham Əliyevin apardığı çoxillik və uğurlu siyasəti Dağlıq Qarabağın neçə illərdir qalmasından sonra azad edilməsində böyük əhəmiyyəti oldu. Burada Azərbaycan xalqının, dövlət başçısının, və ordunun birliyi sayəsində artıq neçə illərdir düyünə düşmüş, erməni terroristləri tərəfindən zəbt edilmiş ərazilərimizin azad edilməsi yekunlaşmaq üzrədir. Bu, çox sevindirici haldır. Biz, Azərbaycan xalqının, Azərbaycan dövlətinin içindən çıxan 50 partiya da bəyanat verdik. Yəni, bununla da ölkə prezidentinin, cənab Ali Baş Komandanın yanında olduğumuzu göstərdik, bu da onun üçün böyük bir mənəvi dəstək oldu. Həmin mənəvi dəstək də, mənəvi birlik də artıq ordumuza sirayət elədi. Bu gün vuruşanların, orduda iştirak edənlərin əksəriyyəti də müəyyən partiyaların üzvüdür. Ona görə də, burada birliyimiz çox vacib idi və biz, buna da nail olduq. Biz bu gün sevinməliyik. Bu gün bütün dünya da gördü ki, Azərbaycan güclü dövlətdir. Onun Ali Baş Komandanı çox gücü bir insandır, iradəsi möhkəmdir. Məhz onun iradəsi də orduya müsbət təsir göstərdi. Göründüyü kimi, biz hər an, hər dəqiqə qələbə çalırıq. Mən əminəm ki, yaxın vaxtlarda bayrağımızı Xankəndində ucaldacağıq. Ölkə Prezidenti bununla bağlı dəfələrlə özünün bütün çıxışlarında, verdiyi müsahibələrdə qeyd edir. Yəni, xalqın, ordunun və cənab Prezidentin birliyi ilə biz çox qısa müddətdə hər şeyi böyük qələbə ilə yekunlaşdıracağıq. Bunlar hamısı Azərbaycan xalqının arzusu idi, bu isə ölkə Prezidenti cənab İlham Əliyevə qismət oldu. Yəni, Dağlıq Qarabağı faşistlərdən, terroristlərdən azad edilməsi ölkə Prezidentinin hakimiyyəti vaxtına düşdü”. 


H.Hacıyev hesab edir ki, ermənilər mülki vətəndaşlarımızı atəşə tutması əhalimizi qorxutmur, əksinə onu bu savaşda daha da qətiyyətli mübarizə aparmağa səsləyir:


“Erməni faşistləri artıq tam uduzublar və öz məğlubiyyətlərini gördükləri halda, İrəvanda və digər yerlərdə olan erməniləri aldatmaqdan ötrü mülki əhalini atəşə tuturlar. Bu da insanlıqdan kənar bir işdir, Cenevrə Konvensiyasına qətiyyən uyğun deyil. Səngərdə bizim rəşadətli ordumuzla döyüşə bilməyən, siyas dialoqda cənab Prezidentimizin dialoqlarına tab gətirə bilməyən faşist Paşinyan artıq insanlıqdan çıxıb. Uduzduğunu başa düşür və bilir ki, erməni xalqı onu asacaq. Ondan sonra başlayır sağa-sola mülki əhalini atəşə tutmağa. Xalq arasında çaxnaşama yaratmaq istəyir. Lakin göründüyü kimi, xalqımızı çox dəyanətlə dayanıblar və onların atdığı mərmiləri mülki əhalimizi qorxutmur. Ona görə də, Paşinyanın faşist düşüncəsi, olmayan başının məhsulu onların gələcəkdə necə yaşamasını da sual altına qoyur. Biz bundan da narahat deyilik. Çünki bunların faşistliyi bəllidir, ermənilər insanlıqdan kənar millətdir. Bunlar heç vaxt ortada bir millət kimi olmayıbdır. Onlar gicikirlər, gicikəndə də bizim ordumuz onları it kimi gəbərdirlər. Düşünürəm ki, onların mülki əhalini atəşə tutması əhalimizi qorxutmur, əksinə biz daha da dirəniş göstəririk. Qələbə üçün hər gün cənab Prezidentimizin xəbərlərini gözləyirik. Bu gün ermənilərin mülki əhalini atəşə tutması onu bütün dünyada biabır edir, ifşa olunurlar. Belə deyək, pis gündə qalıblar,  vəziyyətləri gərdindir. Cəbhə xəttindən uzaq olan yerlərə, Gəncəyə, Siyəzənə, Kürdəmirə və digər yerlərə atdıqları raketlər onların köməyinə gəlmir. Əksinə, erməniləri dünyada olmayan nüfuzları bir qədər aşağı düşür, bütün dünyada qınaq obyektinə tuş gəlib. Cənab Prezidentin səyi nəticəsində Azərbaycan diplomatiyası uğurlu işini davam etdirir, onun dünya telekanallarına verdiyi müdrik və düşünülmüş müsahibələri erməniləri dünyada pis vəziyyətə qoyub. Biz bununla sevinirik və qürur hissi keçiririk. Çünki ordumuz onlara lazım olan cavabı verir”.Demokrat

Tarix: 24 Oktyabr 2020, 17:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin