BURADA REKLAMINIZ OLA
BİLƏR

Fransa Türkiyədəki səfirini geri çağırdı

Fransan Türkiyədəki Fövqəladə və Səlahiyyətli səfiri Herve Magronu ölkəsinə geri çağırıb.

 

Pravda.az-ın məlumatına görə, səfirliyin yaydığı açıqlamada bildirilib ki, səfir məsləhətləşmələr üçün Fransaya geri çağırılıb.

 

Açıqlamada bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Fransa Prezidenti Emmanuel Makron haqqındakı fikirlərinin qəbuledilməz olduğu bildirilib.

 

Qeyd edək ki, bu gün R.T.Ərdoğan Kayseridəki çıxışında E.Macronun islam dininə və Türkiyəyə qarşı qərəzinin anlaşılmadığını deyib. Ərdoğan Makronun bu davranışlarına - psixoloji probleminə görə müalicəyə ehtiyacı olduğunu bildirib və xalqının yanında etimadını itirdiyi üçün gələn il Fransada keçirilən seçkilərdə qalib olmayacağına inandığını vurğulayıb.APA

Tarix: 24 Oktyabr 2020, 22:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin