BURADA REKLAMINIZ OLA
BİLƏR

İlqar Məmmədov: "Azərbaycanın götürdüyü əsirlərin geyimi üzərindəki hərbi nişanlar Ermənistana aiddirsə…"

"Azərbaycanın götürdüyü əsirlərin geyimi üzərindəki hərbi nişanlar Ermənistana aiddirsə, bu fakt elə indicə media vasitəsilə dünyaya yayılmalıdır (əsirlərin üzü göstərilməmək şərtilə). Belə fakt bizə Ermənistana qarşı uyğun hərbi tədbir görməyə haqq verir, həm də Ermənistana Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı tərəfindən verilə biləcək hər hansı hərbi dəstəyi əngəlləyə bilər".

Pravda.az-ın xəbərinə görə, bunu ReAl Partiyanın sədri İlqar Məmmədov deyib.

"Bilmirəm, Ermənistan bu əsgərlərin formasını dəyişməyə macal tapmışdı ya yox, amma onlar "DQR" deyil, Ermənistan ordusu formasında idilərsə, bu mütləq sənədlə ictimailəşdirilməlidir" - İ.Məmmədov qeyd edib.

Tarix: 25 Oktyabr 2020, 07:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin