BURADA REKLAMINIZ OLA
BİLƏR

Daha 1 928 nəfərdə koronavirus aşkarlandı - Gürcüstanda

Gürcüstanda son sutkada daha 1 928 nəfərdə koronavirus aşkarlanıb, 604 nəfər sağalıb, 8 pasiyent isə vəfat edib.

 

Pravda.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

 

Bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxma sayı 28 431-ə çatıb. Sağalanların sayı 10 767, vəfat edənlərin sayı isə 201-dir.

 

Hazırda karantində 4 112, stasionar nəzarətdə 3 766 nəfər saxlanılır. Xəstəliyi simptomsuz keçirən 2 268 nəfər isə xüsusi otellərdə müalicə alır.

Tarix: 25 Oktyabr 2020, 11:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin