BURADA REKLAMINIZ OLA
BİLƏR

“Ya təslim olmalıdırlar, ya da ölməlidirlər” - Polkovnik

Ermənistan silahlıları məcburiyyət qarşısında döyüşürlər. Bir var haqq işi, bir də var nahaq iş. Bilirlər ki, Azərbaycan hərbçisi canından keçməyə hazırdırsa, deməli haqq işinin ardınca gedir, öz vətənini, torpağını işğalçılardan azad edir.

 

Bu fikirləri Üçüncü Ordu Korpusunun sabiq komandiri, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

 

Onun sözlərinə görə, erməni hərbçiləri heç vaxt Dağlıq Qarabağı, işğal olunan torpaqları özününkü saymayıb:

 

"Gec-tez bilirdilər ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etməyə başlayacaq və onlar da sadəcə bunun qurbanı olacaqlar. Artıq Azərbaycan ordusunun silahlandırılma imkanları bugünkü döyüş fəaliyyətində özünü göstərilir. Anlayırlar ki, onların başqa çıxış imkanları yoxdur. Ya təslim olmalıdırlar, ya da ölməlidirlər. Əlbəttə ki, yaşamağı, təslim olmağı seçirlər. Çünki onlar üçün ölmək də ağırdır. Doğrudur, bizim hərbçilərimiz ölməyə yox, məhv etməyə gedirlər, amma şəhid olmağı özlərinə şərəf bilirlər. Ancaq erməni tərəfi bu məsələyə bir az başqa cür yanaşırlar.

 

Bilirlər ki, başqasının torpağıdır və Azərbaycanın gücünü hiss edirlər. Biz görürük ki, ahıl yaşda olan kişiləri, 15 yaşında uşaqları, qadınları orduya cəlb edirlər. Bu, artıq Ermənistanın potensialının getdikcə tükənməsini göstərir. Hazırda muzdluları çağırsalar da, onlar da döyüşmək istəmir. Çünki Azərbaycan ordusu müasir tələblərə cavab verən ordudur. Harada olur olsun dəqiq zərbə endirir. Muzdlu pul üçün gəlsə də, belə müqaviməti görüb, döyüşməkdən imtina edir. Ona görə də Ermənistan ordusu beynəlxalq konvensiyalara zidd olaraq döyüşlərdə uşaqlardan istifadəyə əl atır".

 

Şair Ramaldanov düşmən əsgərinin müxtəlif bəhanələrlə döyüşdən yayınmasından da danışıb: "Hər bir insan yaşamaq istəyir və bunun üçün bəhanə axtarır. Ermənilər nəinki saxta COVID-19 arayışı ilə hərbidən yayınır, hətta gedib virusa yoluxurlar ki, müəyyən şəkildə ən azı 2-3 həftə özlərini ordudan sığortalasınlar. Lakin Ermənistan silahlı qüvvələri hətta yoluxanları da ordudan kənarda saxlamır. Onların mediasında bu haqda məlumat tirajlanır, əsgərin virusa yoluxduğunu inkar edib, orduya cəlb edirlər. Məhz buna görə də, düşünürəm ki, bu yaxınlarda erməni hərbi hissələrində koronavirusun cərəyan etdiyi haqqında məlumat alacağıq".

Tarix: 25 Oktyabr 2020, 16:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin