BURADA REKLAMINIZ OLA
BİLƏR

Ermənilərin öldürdüyü uşaqlarınsayı açıqlandı

Baş Prokurorluq Ermənistanın Gəncəyə 3 dəfə raket atması nəticəsində mülki əhaliyə dəyən ziyanla bağlı məlumatı açıqlayıb.

Pravda.az-ın xəbərinə görə, 04, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumları nəticəsində Gəncə şəhərində 10 qadın, 6 uşaq olmaqla 26 nəfər həlak olub, 138 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. 

Sentyabrın 27-dən hazırkı vaxtadək Ermənistan təxribatı nəticəsində Azərbaycanda mülki şəxslərdən ümumilikdə 65 nəfər həlak olub, onlardan 18-i qadın, 10-u uşaqdır, 297 nəfər yaralanıb, onlardan 69-u qadın, 32-si uşaqdır.

Tarix: 26 Oktyabr 2020, 11:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin