BURADA REKLAMINIZ OLA
BİLƏR

"Cəbrayıl istiqamətində vurulan PUA-dan PKK qoxusu gəlir”

Türkiyənin tanınmış hərbi eksperti Abdullah Ağar 3 gün öncə zərərsizləşdirilən Ermənistan PUA-sı barədə paylaşım edib. 

Pravda.az xəbər verir ki, o, öz tvitter hesabında Azərbaycan Müdafiə Nazirliyinin Cəbrayıl rayonu istiqamətində məhv etdiyi Ermənistana məxsus “BZEZ” zərbə pilotsuz uçuş aparatının şəkillərini sosial şəbəkədə yayaraq belə şərh verib:

“Azərbaycan əsgərlərinin Cəbrayıl cəbhəsində vurduğu bombalı PUA! İçinə partlayıcı maddə yerləşdiriblər. Bunları ilk dəfə İŞİD-də görmüşdük. Sonra YPG/PKK-da! İndi də Ermənistan ordusunda. Şübhəm odur ki, bu istehsaldan PKK qoxusu gəlir. Onların mallarına çox bənzəyir”.

Tarix: 26 Oktyabr 2020, 12:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin