BURADA REKLAMINIZ OLA
BİLƏR

Cahid Mikayılova vəzifə verildi

Energetika Nazirliyində mətbuatla iş sektorunun müdiri və mətbuat katibi vəzifəsinə təyinat olub.

 

Pravda.az-ın xəbərinə görə, bu vəzifə Cahid Mikayılova həvalə edilib.

 

Oktyabrın 16-dan vəzifə səlahiyyətlərinin icrasına başlamış C.Mikayılov indiyə qədər, ləğv edilmiş Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində (AREA) çalışıb. O, “Report”a açıqlamasında təyinatı ilə bağlı məlumatı təsdiq edib.

 

Xatırladaq ki, Energetika nazirinin müşaviri Zəminə Əliyeva bu vaxta qədər həm də qurumun mətbuat katibi vəzifəsini icra edirdi.Report

Tarix: 26 Oktyabr 2020, 16:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin