BURADA REKLAMINIZ OLA
BİLƏR

Rəsulzadənin nəvəsi: “Bizə mane olub yenə “tələyə” salmasınlar”

“Torpaqlarımızın işğaldan azad edilməsinə görə hamımız sevinc içindəyik. Hamımız eyni hissləri keçiririk. Bu böyük bir tarixi hadisədir”

 

Bunu M.Ə.Rəsulzadənin nəvəsi Rais Rəsulzadə deyib. O, tezliklə qalan torpaqlarımızın da işğaldan azad olunacağına inandığını bildirib:

 

“Torpaqlarımızın işğaldan azad edilməsinə görə hamımız sevinc içindəyik. Hamımız eyni hissləri keçiririk. Bu böyük bir tarixi hadisədir. Çox sağ olsun bizim Ali Baş Komandanımız, əsgərlərimiz ki, bunu həyata keçirirlər. Xalqımız isə bir yumruq kimi birləşib. Peşəsindən asılı olmayaraq hər bir vətəndaşımız öz sahəsində torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində əlindən gələni etməlidir. Təbii ki, müharibə itkisiz olmur, şəhidlərimiz var, Allah onları rəhmət eləsin, valideynlərinə də başsağlığı verirəm. Bizim borcumuz odur ki, hadisələr qurtarandan sonra bu tarixi hadisə haqda yazaq.

 

İndi əsas odur ki, başladığımız işi sona çatdıraq, bizə mane olub yenə “tələyə” salmasınlar. Ali Baş Komandan neyləmək lazım olduğunu çox yaxşı bilir. İnşallah işğalda qalan digər rayonlarımız da tezliklə ordumuz tərəfindən azad olunacaq”.Moderator

Tarix: 26 Oktyabr 2020, 19:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin