BURADA REKLAMINIZ OLA
BİLƏR

“Bizi gərgin danışıqlar gözləyir”

Status-kvonun dəyişdiyini, artıq yeni reallıqların olduğunu qəbul etmək istəməyən qüvvələr var. Prezidentin çıxışından da hiss edildi ki, bunu qəbul etmək istəməyənlər BMT Təhlükəsizlik Şurasında, elə Minsk Qrupunda həmsədr olan bəzi ölkələrdir. BMT 4 qətnamə qəbul edib, amma ona nəzarət etmək istəməyib. Hətta bu missiyanı yerinə yetirmək mandatını ATƏT-ə yönəldib. Beləcə işlə Minsk Qrupu məşğul olub. Bu qrupda həmsədr ölkələr isə Rusiya, Fransa və ABŞ-dır. Onlar eyni zamanda Təhlükəsizlik Şurasının üzvləridir. Amma bütün hallarda status-kvo dəyişib, yeni reallıqlar və şərait ortaya çıxıb.

 

Bu fikirləri “Ayna Zerkola” qəzetinin təsisçisi, analitik Elçin Şıxlı Prezident İlham Əliyevin bu gün xalqa olan müraciəti zamanı “Qarabağ konfliktinə dair yeni reallıqların yarandığını və bunu hər kəsin qəbul etməsi lazım olduğu haqda” fikirlərini qiymətləndirərkən deyib.

 

Oktyabrın 29-da Cenevrədə görüş keçiriləcəyinə diqqət çəkən Şıxlı qeyd edib ki, orada Azərbaycana 5+2 variantını qəbul etdirməyə çalışacaqlar: “Eləcə də atəşkəs mexanizmi üçün ərazimizə sülhməramlılar yeritmək niyyətindədirlər ki, nəhayətdə Dağlıq Qarabağa status əldə etsinlər. Biz isə reallıq dedikdə hərbi qələbələrimizlə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 874 və 884-cü qətnamələrinin özümüz tərəfindən yerinə yetirildiyini bildiririk. Yerdə qalıb iki qətnamənin yerinə yetirilməsi...

 

Bu gerçəkliyi danışıqlar masası arxasında yeritməli və hamıya qəbul etdirməliyik. Bu baxımdan bizi gərgin danışıqlar gözləyir. Prezidentin xalqa müraciətində aydın oldu ki, ona nə dərəcədə təzyiqlər olunur. Amma prezident qətiyyətli siyasi iradə ortaya qoyur, dövlətin və xalqın maraqlarını ləyaqətlə qoruyur. Bu təzyiqlərin necə olunduğunu heç kim təsəvvürünə gətirə bilməz. Odur ki, bu gerçəkliyi qəbul etmək istəməyənlər var”.

 

Elçin Şıxlı qeyd edib ki, Minsk Qrupu 27 ildir bölgəyə səfər edir, tərəflərlə görüşür, yeyib-içirlər: “Özlərini burada çox rahat hiss edirlər. Həm də iş yerlərini itirmək istəmirlər. Üstəlik özlərini ağsaqqal kimi göstəriblər və indi də nüfuzlarını itirmək istəmirlər. Təbii ki, geosiyasi və coğrafi baxımdan Cənubi Qafqaz kimi əhəmiyyətli, yağlı yeri əllərindən vermək istəmirlər. Amma bununla paralel olaraq Azərbaycan Ordusu Azərbaycan üçün lazım olan işləri görür”.Teleqraf

Tarix: 27 Oktyabr 2020, 06:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin