BURADA REKLAMINIZ OLA
BİLƏR

"Paşinyan Qarabağın müstəqilliyinə heç özü də inanmır, yüksək status istəyir, qulağınızın dibini görərsiz"

"Paşinyan deyib ki, ağrılı kompromislərə razıyıq, amma kapitulyasiyaya yox - Prezident demiş, bəs nə oldu, yallı gedirdin, "Qarabağ Ermənistandır. Nöqtə", deyirdin, nə oldu indi?! Bəs deyirdin vermirəm, torpağı yəni?!
Paşinyan, "qırmızı cizgimizə yaxın kompromis", deyib. Belə anladım ki, daha Dağlıq Qarabağın müstəqilliyə heç özü də inanmır, yüksək status istəyir - qulağınızın dibini görərsiz, bitdi özəl status məsələsi!".

Pravda.az-ın xəbərinə görə, bunu ReAl Partiyanın funksioneri Natiq Cəfərli deyib.

"Ən maraqlı məqam başqa idi: Paşinyan sonda deyir ki, gör dünya nə günə qalıb ki, Moskva, Paris, Vaşinqton Azərbaycanı dayandıra bilmir. Xeyli güldüm, adam hələ də anlamır ki, Bakı elə de-fakto ittifaqlar qurub ki, hər təzyiq elementinə qarşı iki əks-təzyiq elementi işə düşür! Və de-fakto ittifaq üzvləri Parislə də, Vaşinqtonla da, Moskva ilə də ayrıca danışırlar!
Allah Əsgərimizi və Ordumuzu qorusun! Eşq!" - N.Cəfərli qeyd edib.

Tarix: 27 Oktyabr 2020, 09:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin