BURADA REKLAMINIZ OLA
BİLƏR

"Qəti və tam qələbəyə doğru zəfər yürüş davam edir"

"Düz 1ay əvvəl səhər saatlarında müharibə başladı xəbəri bütün Azərbaycana ildırım sürəti ilə yayıldı. Bu xəbərdən diksinənlər də, narahatlıq keçirənlər də, köksünü ötürüb nəhayət ki deyənlər də oldu. Xilaskar ordumuz xalqı çox intizarda qoymadı, tez bir zamanda əldə etdiyi qələbələrlə onun çoxdan intizarını yaşayan hər kəsin gözlərini sevinc yaşları ilə doldurdu, illərlə bükülmüş kürəkləri dikəltdi, doğma yurd həsrəti ilə dünyadan köçənlərin ruhularını şad elədi. Məğrur vətən oğulları illərdir ki, düşmən tapdağı altında inildəyən torpaqlarımızı işğaldan qurtaqmaq üçün cəhbəyə axışdı. Uzun illərdir ki, qəflət yuxusunda olan toplum birdən oyandı, özünü tanıdı, qürurunu geri qaytardı, vətəndaş mövqeyini ortalığa qoydu, insanlıq hisslərini önə keçirtdi, qarşılıqlı sevgi ilə bir-birinə daha da yaxınlaşdı. Bu hisslər hər kəsi cəhbə üçün birləşdirdi, dostları və düşmənləri ayırd etməyə imkan verdi. İlk dəfə olaraq özümüzü yalqız hiss etmədik, Azərbaycanda yaşayan müxtəlif millətlərin igid oğullarının yanımızda olmasından, qardaş Türkiyənin çoxdan gözlədiyimiz gerçək dəstəyindən fərəhləndik, gələcəyə və qələbəyə daha da ümidləndik.
Xalq ordusuna güvəndı, ədaləti bərpa etmək hər gün ölümlə üzbəüz qalan vətən oğulları təkrar qələbələri ilə milyonlara sevincə bəxş etdi. Bu asan başa gəlmədi".

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu deyib.

Q.İbadoğlu bildirib ki, xain düşmən min bir fitnə və hiylə ilə yüzlərlə igid oğlanlarıı, qəhrəmanları əlimizdən aldı, yaşayış məntəqələrini, müki obyektlərini hədəfə götürdü, onlarla dinc sakinlərin həyatını yarımçıq qoydu, amma istəyinə nail ola bilmədi: "Müzəffər ordumuz rəşadəti ilə yeni tarix yazdı. Azərbaycanın müasir tarixinə ləkə salan işğal tarixlərini zəfər günləri ilə əvəz elədi. Azərbaycana yeni nəfəs, həyat və gələcək bəxş edən şanlı ordumuz yuxuları, arzuları, xəyalları gerçək etdi. 27 ildən sonra ayağımızı torpağımıza basa bildik və torpaqlarımızın hər qarışı uğurunda aparılan qanlı mübarizəni yaddaşlarımıza qələbə sözləri ilə birlikdə yazdıq. Ötən 1 ayda yalnız ön cəbhədə deyil, bütün mövqelərdə qələbə qazandıq. Dünyanın gözü bizdə olanda hər kəs gördü ki, Azərbaycanın dövlət başçısı Ermənistanın hökümət başçısından, milli ordumuz düşmənin silahlı qüvvələrindən, müdrik xalqımız mənfur düşməndən qat-qat güclü və üstündür. Qəti və tam qələbəyə doğru zəfər yürüş davam edir. Yolun sonuna az qalıb, qarşıdakı hədəflərimiz gözlə görsənir, ora tezliklə yetişmək üçün daha böyük əzmlə çalışmalı, diqqətli olmalıyıq, həmrəliyimizi və birliyimizi qoruyub, xalqın gücü ilə yüksələrək irəli gedən ordumuza dualarımızı əsirgəməməliyik. Yolları açıq və rəvan olsun! Allahın mərhəməti Azərbaycan xalqına qələbə sevinclərini yaşadan əsgər və zabitlərimizin üzərində olsun".

Tarix: 27 Oktyabr 2020, 09:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin