BURADA REKLAMINIZ OLA
BİLƏR

"Koronavirus təhlükəsi artmaqdadır, təcili tədbir görülməlidir - Deputatdan ÇAĞIRIŞ

Son günlər Azərbaycan cəmiyyətində əsas məsələ birlik modelinin inkişaf etdirilməsidir”. 

Pravda.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

O bildirib ki, bu model Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilir: “Bu gün Azərbaycanda bütün siyasi qüvvələr dövlətin vahid siyasəti ətrafında birləşib. Ordumuzun qələbələr qazanır. Lakin koronavirus təhlükəsi davam edir, Azərbaycan cəmiyyətində heç kim arxayınlaşmamalıdır. Koronavirus təhlükəsi artmaqdadır. Bu təhlükəyə görə biz Orduya dəstək vermək səylərimizi azalda bilərik. Operativ Qərargah bununla bağlı təcili tədbirlər görməlidir. Bölgələrdə xüsusilə yoluxma halları artmaqdadır”.


Tarix: 27 Oktyabr 2020, 11:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin