BURADA REKLAMINIZ OLA
BİLƏR

"Uşaq qatili olan Paşinyan rejimi güc dilindən başqa dil anlamır" - Arif Hacılı

"Döyüş bölgəsindən uzaqda yerləşən şəhərlərimizin, mülki obyektlərin raket atəşinə tutulması nəticəsində həlak olan mülki şəxslərin sayı 11-i uşaq olmaqla 69-a çatdı. Bu gün ABŞ, Rusiya və Fransanın birgə vasitəçiliyi ilə elan edilmiş humanitar atəşkəs rejiminə baxmayaraq erməni terrorçuları tərəfindən Bərdə rayonunun Qarayusifli kəndi artilleriya və raket atəşinə tutulub. Biri azyaşlı körpə olmaqla 4 nəfər həlak olub, 13 nəfər yaralanıb. Vasitəçilik missiyası və problemin danışıqlar yolu ilə həll olunması ilə bağlı çağırışlar növbəti dəfə iflasa uğradı".

Pravda.az-ın xəbərinə görə, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

A.Hacılı bildirib ki, uşaq qatili olan Paşinyan rejimi güc dilindən başqa dil anlamır: "Aydın görünür ki, ötən əsrdən bu üzə davam edən bu münaqişənin həlli nə danışıqlardan, nə də vasitəçilərdən asılıdır. Sülhə nail olmağın bir yolu var: Azərbaycan Azadlıq Ordusunun zəfər yürüşünün son və qəti qələbəyədək davam etdirilməsi!"

Tarix: 27 Oktyabr 2020, 20:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin