BURADA REKLAMINIZ OLA
BİLƏR

Generaldan sensasion açıqlama: ABŞ Dağlıq Qarabağı fürsət olaraq görür

Ermənistan atəşkəsi Fransa və ABŞ-dan güc alaraq pozur.

 

Pravda.az xəbər verir ki, bunu İstanbul Aydın Universitetinin müəllimi, ehtiyatda olan general Naim Babüroğlu deyib.

 

Professor bildirib: “Rusiya prezidenti Vladimir Putin açıqlamalarında Azərbaycanın torpaqlarının işğalda olduğunu qəbul edib. Amma ABŞ və Fransa bunu heç dilinə gətirməyib. Çünki bu ölkələr dünyada erməni lobbisinin ən güclü olduğu ölkələrdir. Atəşkəsin pozulmasının birinci səbəbi isə Azərbaycanın meydanda qazandığı uğur və Ermənistan ordusunun ardıcıl geri çəkilməsidir. Bu geri çəkilmə səbəbilə Ermənistan ordusunun motivasiyası olduqca aşağıdır. Bunu ört-basdır etmək üçün atəşkəsi pozurlar.

 

“Biz güclüyük” demək istəyirlər. ABŞ və Fransa da bunu dəstəkləyir.

 

Babüroğlu qeyd edib ki, Türkiyə və Rusiya Suriya və Liviya cəbhəsində iki əhəmiyyətli oyunçudur. Azərbaycan-Ermənistan cəbhəsində də belədir: “Cənubi Qafqaza NATO-nun gəlməsi Rusiya üçün qırmızı xətdir. Rusiya Azərbaycana da, Ermənistana da əhəmiyyət verir. Lakin bu ölkələrin görmədiyi risk var: ABŞ Rusiya ilə Türkiyənin savaşmasını istəyir. ABŞ Dağlıq Qarabağı fürsət olaraq görür”.Publika

Tarix: 27 Oktyabr 2020, 21:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin