“Bu ay ərzində mən Azərbaycan xalqına müraciətlərimdə, habelə çoxsaylı müsahibələrimdə dəfələrlə demişəm ki, biz istənilən anda, günü bu gün dayanmağa hazırıq. Lakin bunun üçün erməni tərəfi işğal edilmiş ərazilərin qalan hissəsindən qoşunlarını çıxarmaq barədə öhdəlik götürməlidir. Buna görə də hərbi qarşıdurmanın nə qədər uzun müddət davam edəcəyini qabaqcadan deyə bilmərəm. Bu, erməni tərəfindən asılıdır. Artıq dediyim kimi, onların bizim torpaqlarımızı yenidən işğal altına qaytarmaq üçün göstərdiyi daimi cəhdlər fiaskoya uğrayıb. Düşünürəm ki, onların hərbi yolla heç nəyə nail olmayacaqlarını anlamaları üçün bu, kifayətdir. Lakin təəssüf ki, onlar dediyim kimi, atəşkəs rejimini artıq üç dəfə kobud şəkildə pozmaqla siyasi müstəvidə qeyri-konstruktiv yanaşma nümayiş etdirirlər. Bunu nəzərə alaraq biz, əlbəttə, gələcək fəaliyyətimizi planlaşdıracağıq”.
Pravda.az-ın xəbərinə görə, bunu Prezident İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibəsində deyib.
“İşğal edilmiş ərazilər məsələsinə gəldikdə, şübhəsiz, azərbaycanlılar əvvəl yaşadıqları bütün işğal olunmuş ərazilərə qayıtmalıdırlar. Mənim yanaşmam həmişə belə olub. Azərbaycanlılar təkcə Dağlıq Qarabağın hüdudlarından kənarda, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənarda yerləşən işğal edilmiş yeddi rayona deyil, o cümlədən əsrlərboyu yaşadıqları ərazilərə, torpaqlara qayıtmalıdırlar - ilk növbədə, Şuşaya, Xankəndiyə və azərbaycanlıların əsrlərboyu məskunlaşdığı digər torpaqlara. Mən onu da demişəm ki, nizamlama barədə bizim təsəvvürümüz Dağlıq Qarabağın erməni və azərbaycanlı əhalisinin birgə yaşamasından ibarətdir. Tarixən iş elə gətirib ki, artıq 200 ildir erməni əhalisi bu torpaqlarda yaşayır. Ermənilərin Şərqi Anadoludan və İrandan köçürülməsi tarixini biz hamımız bilirik. Lakin iş belə gətirib. Onlar 200 ildir orada yaşayırlar. Erməni əhalinin bundan sonra da orada yaşaması barədə bizim heç bir planımız yoxdur. Əksinə, mən həmişə demişəm ki, Azərbaycanda erməni millətindən olan minlərlə vətəndaş yaşayır. Qonşu ölkələrdə də ermənilər və azərbaycanlılar birgə yaşayır və öz aralarında yaxşı dolanırlar. Bu, Dağlıq Qarabağda niyə mümkün olmasın? Bizim təsəvvürümüz belədir. Azərbaycanlılar əvvəl yaşadıqları bütün ərazilərə qayıtmalıdırlar. Erməni əhali də həmin torpaqda yaşamalıdır, özü də mehriban qonşuluq şəraitində. Biz müharibənin vurduğu yaraları sağaltmağa çalışacağıq” – Dövlət başçısı qeyd edib.
29 Mart 14:14
29 Mart 14:11
29 Mart 14:09
29 Mart 14:03
29 Mart 14:00
29 Mart 13:59
29 Mart 13:55
29 Mart 13:52
29 Mart 13:49
29 Mart 13:42
29 Mart 13:41
29 Mart 13:35
29 Mart 13:33
29 Mart 13:31
29 Mart 13:27
29 Mart 13:25
29 Mart 13:17
29 Mart 13:16
29 Mart 13:11
29 Mart 13:06
29 Mart 13:04
29 Mart 12:59
29 Mart 12:57
29 Mart 12:54
29 Mart 12:43
29 Mart 12:40
29 Mart 12:30
29 Mart 12:23
29 Mart 12:20
29 Mart 12:17
29 Mart 12:11
29 Mart 12:10
29 Mart 11:59
29 Mart 11:57
29 Mart 11:55
29 Mart 11:53
29 Mart 11:47
29 Mart 11:44
29 Mart 11:43
29 Mart 11:31
29 Mart 11:28
29 Mart 11:20
29 Mart 11:18
29 Mart 11:15
29 Mart 11:06
29 Mart 10:56
29 Mart 10:47
29 Mart 10:24
29 Mart 10:10
29 Mart 10:08
29 Mart 10:02
29 Mart 10:00
29 Mart 09:46
29 Mart 09:43
29 Mart 09:39
29 Mart 09:34
29 Mart 09:29
29 Mart 09:21
29 Mart 09:19
29 Mart 09:18
29 Mart 09:17
29 Mart 09:16
29 Mart 09:11
29 Mart 09:07
29 Mart 09:00
29 Mart 08:57
29 Mart 08:53
29 Mart 08:51
29 Mart 08:49
29 Mart 08:45
29 Mart 08:39
29 Mart 08:33
29 Mart 08:29
29 Mart 08:25
29 Mart 08:19
29 Mart 08:15
29 Mart 08:10
29 Mart 08:09
29 Mart 08:06
29 Mart 08:02
29 Mart 08:02
29 Mart 07:18
29 Mart 07:16
29 Mart 07:14
29 Mart 07:11
29 Mart 07:08
29 Mart 07:06
29 Mart 00:03
28 Mart 23:59
28 Mart 23:24
28 Mart 22:58
28 Mart 22:23
28 Mart 20:43
28 Mart 20:38
28 Mart 20:33
28 Mart 19:53
28 Mart 19:51
28 Mart 19:46
28 Mart 19:43
28 Mart 19:41
28 Mart 19:40
28 Mart 19:25
28 Mart 19:16
28 Mart 19:07
28 Mart 19:05
28 Mart 19:03
28 Mart 18:41
28 Mart 17:53
28 Mart 17:42
28 Mart 17:23
28 Mart 17:10
28 Mart 17:05
28 Mart 16:54
28 Mart 16:53
28 Mart 16:52
28 Mart 16:47
28 Mart 16:43
28 Mart 16:38
28 Mart 16:33
28 Mart 16:22
28 Mart 16:19
28 Mart 16:16
28 Mart 15:53
28 Mart 15:52
28 Mart 15:40
28 Mart 15:23
28 Mart 15:01
28 Mart 14:59
28 Mart 14:54
28 Mart 14:52
28 Mart 14:24
28 Mart 14:20
28 Mart 13:57
28 Mart 13:37
28 Mart 13:30
28 Mart 13:27
28 Mart 13:02
28 Mart 12:57
28 Mart 12:53
28 Mart 12:42
28 Mart 12:38
28 Mart 12:33
28 Mart 12:27
28 Mart 12:00
28 Mart 11:58
28 Mart 11:56
28 Mart 11:55
28 Mart 11:29
28 Mart 11:27
28 Mart 11:16
Ən son xəbərləri səhifəmizdən də izləyin