Ermənistan ordusunda qiyam

Ermənistanın 3-cü ordu korpusunun alaylarından birində qiyam baş verib.  Bu korpus Ermənistanın şimalında və şimal-şərqində, Azərbaycanla sərhəddə yerləşir. 

 

Pravda.az xəbər verir ki, muzdlular (dəqiq desək, müqavilə ilə orduda olanlar)  kollektiv şəkildə Dağlıq Qarabağdakı döyüş bölgəsinə göndərilmək əmrinə tabe olmaqdan imtina ediblər.  Korpus komandiri Qriqori Xaçaturov özü prosesə müdaxilə üçün polka gəlib. İstisna deyil ki, bu saatlarda qiyam vəhşicəsinə yatırılacaq. Mənbə bildirir ki, hərbçilərdən bəzilərinin qohumları artıq korpusun qərargahında toplanmağa başlayıblar. 

 

Xatırladırıq ki, Azərbaycan ordusu silahlarını yerə qoyan erməni birləşmələrinin həyatına və onlarla ləyaqətli rəftara zəmanət verməyə hazırdır.  Bu, dəfələrlə elan edilib.Müsavat.com

Tarix: 29 Oktyabr 2020, 07:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin