BURADA REKLAMINIZ OLA
BİLƏR

Əli Kərimli: "Məğlub olan düşmən gücünü dinc əhalini qətliama məruz qoymaqla göstərmək istəyir"

"Terrorçu Ermənistanın bu gün Bərdədə törətdiyi cinayət nəticəsində indiyədək olan məlumata görə, 21 nəfər dinc sakinimiz həlak olub, 70 nəfərədək yaralı var. Xeyli avtomobil yanıb, dağılıb, mülki obyektlərə ziyan dəyib.
Allahdan həlak olanlara rəhmət, yaralılarımıza şəfa diləyirik. Budur işğalçı Ermənistanın mahiyyəti".

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli deyib.

Ə.Kərimli bildirib ki, döyüş meydanında qəhrəman ordumuza məğlub olan düşmən gücünü dinc, mülki əhalini qətliama məruz qoymaqla göstərmək istəyir: "İnanırıq ki, bununnda cavabını qəhrəman ordumuz tərəfindən döyüş meydanında alacaq".

Tarix: 29 Oktyabr 2020, 09:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin