"Qarabağın taleyi masada deyil, döyüşdə həll olunur"

"Bugün Cenevrədə Minsk Qrupu həmsədrlərinin təşəbbüsü ilə Azərbaycanın və Ermənistanın xarici işləri naziri yenidən görüşürlər. Amma unutmamalıyıq ki, Qarabağın taleyi masada deyil, döyüşdə həll olunur. Odur ki, xilaskar ordumuza dəstəyimizi davam etdirməliyik ki, onlar da tezliklə xoş xəbərlərlə bizi sevindirsinlər".

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu deyib.

"Bildiyim qədər dünən Füzuli rayonu ərazisində təmizləmə işləri uğurla başa çatıb və dünənə qədər ermənilərin nəzarətində qalan kəndlərin əksəriyyəti də işğaldan azad edilib. Bununla yanaşı, Laçın dəhlizinə doğru irəliləyən müzəffər ordumuz zəfər yürüşünü davam etdirir. İnanıram ki, tezliklə həmin cəhbədən də hər kəsin ürəyindən olan xəbərlər alacağıq" - Q.İbadoğlu qeyd edib.

Tarix: 29 Oktyabr 2020, 11:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin