BURADA REKLAMINIZ OLA
BİLƏR

Putin Qarabağ münaqişəsinin həlli prosesində Türkiyənin iştirakından danışdı

“İlk mərhələdə döyüş əməliyyatlarını, insanların ölməsini dayandırmaq, danışıqlar masası arxasına oturmaq lazımdır”.

Pravda.az-ın məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin həllindən danışarkən deyib.

“Minsk qrupu və həmsədrlər tərəfindən formalaşdırılmış təkliflər əsasında, Minsk qrupunun üzvü olan digər ölkələrin - Türkiyə və bəzi Avropa ölkələri daxil olmaqla orada çox ölkə var - iştirakı ilə konsensus və maraqlar balansını tapmaq lazımdır. Bunu etmək olar”, - deyə Rusiya lideri vurğulayıb.APA

Tarix: 29 Oktyabr 2020, 18:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin