Putin: “Azərbaycan deyir ki...”

“Azərbaycan nə deyir? Onu deyir ki, hər halda Azərbaycanın heç bir etnik münaqişəyə və Ermənistana aidiyyəti olmayan əzəli torpağı olan yeddi rayonu qaytarmaq və Dağlıq Qarabağla məsələni ayırd etmək hüququ var”.

 

Pravda.az-ın məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

 

O, hər kəsin öz həqiqəti olduğunu bildirib: “Burda sadə həllər yoxdur. Çünki düyün çox mürəkkəb bağlanıb. Bizim mövqeyimiz tamamilə aydındır. Ermənistanla da qarşılıqlı əlaqəli şəkildə Dağlıq Qarabağın təhlükəsizliyinin təmin olunması üçün müəyyən rejim tətbiq olunması şərti ilə əvvəl 5, sonra 2 rayonun Azərbaycan qaytarılmasının mümkünlüyünü deyirik.

 

Münaqişənin uzunmüddətli həllinə nail olmaq üçün həm dəyişməz hörmətlə yanaşdığımız Azərbaycan xalqının, həm də erməni xalqının, Ermənistan dövlətinin maraqlar balansını tapmaq lazımdır ki, insanların özünü təhlükəsiz hiss edə bilməsi, eyni zamanda effektiv regional inkişaf üçün imkan yaradılsın. On illərlə davam edən münaqişə tərəflərinin effektiv inkişafına imkan vermir”.

Tarix: 29 Oktyabr 2020, 18:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin