Ermənilərin “öldürdüyü“ Səyyad Əlizadədən açıqlama - FOTO

Ermənilər son günlər sosial mediada bəzi məşhur simalarımızın hərbi forma geyinməsindən istifadə edərək onları hərbiçi kimi qələmə verirlər. Bu dəfə onlar tanınmış müğənni Səyyad Əlizadəninin şəklini paylaşaraq, onu yüksək rütbəli hərbiçi kimi qələmə veriblər. Karine Manukyan adlı şəxs Səyyad Əlizadənin fotosunu paylaşaraq: "Azərbaycan ordusunun daha bir yüksək rütbəli zabiti mayor Səyyad Əlizadə igid ordumuz tərəfindən öldürüldü" sözlərini yazıb. Məsələ ilə bağlı Yenisabah.az-a danışan S.Əlizadə ermənilərin hər zaman yalana əl atdığını bildirib: “Bu gün ARB telekanalında canlı efirdə idim, elə efir vaxtı televiziya işçiləri dedilər ki, ermənilər bu dəfə sizi “öldürüblər”. Xəbərdən sonra yüzlərlə zəng gəldi, gəlib özüm də baxdım ki, doğurdan da məni paylaşıblar. Bilirisiniz, erməni tayfasının mayası yalandır, onların hər şeyi yalan üzərində qurulub. Bu birinci dəfə deyil, indi də şəklimi götürüb yalandan paylaşıblar”.

 

İfaçı sözügedən fotoşəkilin çəkdirdiyi klipdən olduğunu qeyd edib: “Əsgər forması geyinib şəkil çəkdirməmişəm. Paylaşılan şəkil “Azərbaycan əsgərləri” adlı klipimdəndir. O klipi 2015-ci ildə çəkmişik, sözləri Vaqif Bəhmənlinin, musiqisi mənimdir, oranjemanını isə Türkiyədə etdirmişik. Həmin klip Müdafiə Nazirliyinin dəstəyi ilə çəkilib. Allah hamımıza tezliklə tam qələbənin sevincini yaşatsın, ordumuza, Ali Baş Komandanımıza can sağlığı versin”.

Fotoları təqdim edirik
Tarix: 29 Oktyabr 2020, 19:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin