BURADA REKLAMINIZ OLA
BİLƏR

Rus rublu kəskin ucuzlaşdı

Bu ilin noyabrın 2-də Rusiya rublunun manata qarşı məzənnəsi yeddiaylıq minimuma enərək 0,0213 manat təşkil edib.

Pravda.az-ın məlumatına görə, rublun məzənnəsi sonuncu dəfə bu səviyyədən aşağı cari ilin martın 19-da enib. Sözügedən tarixdə 1 rubl 0,0208 manata bərabər idi.

Qeyd edək ki, rublun bu il manata qarşı məzənnəsinin ən yüksək həddi 13 yanvar tarixində qeydə alınıb – 0,0278 manat. Beləliklə, həmin vaxtdan rubl manata qarşı 23,4% zəifləyib.

Bundan əlavə, bu gün rublun ABŞ dollarına qarşı məzənnəsi də yeddiaylıq minimuma enib və hazırda 1 dollar 80,19 rubla bərabərdir.


Tarix: 2 Noyabr 2020, 12:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin