BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanla Pakistan arasında birbaşa aviareyslər açılır

Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee AZAL prezidenti Cahangir Əsgərovla görüşüb.

Pravda.az-ın xəbərinə görə, bu barədə Pakistan səfiri "Twitter"də bildirib.

Səfir Bilal Hayee bildirib ki, görüşdə Pakistan və Azərbaycan arasında birbaşa uçuşların təşkili perspektivləri müzakirə olunub.

"COVID-19-la bağlı vəziyyət yaxşılaşan kimi birbaşa uçuşların başlayacağı xəbərini bölüşməkdən məmnunam", - deyə səfir qeyd edib.

Tarix: 3 Noyabr 2020, 14:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin