BURADA REKLAMINIZ OLA
BİLƏR

“Evim Tekstil” cərimə edildi - QƏRAR

Nəsimi Rayon Məhkəməsi “Evim Tekstil” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC)  8 510 ABŞ dolları cərimə edilməsi barədə qərar çıxarıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şirkət Maliyyə Bazarlarına Nəzarət Palatasının  İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə yazdığı protokola əsasən təqsirli bilinib.

 

Məhkəmə qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət verilib. İş Hakim Babayevin icraatındadır.

 

Qeyd edək ki, “Evim Tekstil” müxtəlif növ tikiş məhsullarının istehsalı ilə məşğul olur. Şirkət Vergilər Nazirliyinin yüksək vəzifəli əməkdaşlar üçün xüsusi geyim forması, fərqlənmə və tanınma nişanlarının alışına dair tenderinin də qalibi olub.

Tarix: 26 Dekabr 2019, 11:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin