BURADA REKLAMINIZ OLA
BİLƏR

Beş və altı günlük iş həftəsi olan məktəblərdə dərs qrafiki müəyyənləşdi

Azərbaycanda beş və altı günlük iş həftəsi olan məktəblərdə dərs qrafiki müəyyənləşib.

 

Pravda.az xəbər verir ki, təqvimdə edilən dəyişikliklərə əsasən, dekabrın 28-i və 29-nun dərs qrafiki aşağıdakı qaydada təyin edilib.

 

Belə ki, 5 günlük iş həftəsi olan məktəblərdə dekabrın 28-i gələn il yanvarın 3-də keçirilməsi nəzərdə tutulan dərslər keçiriləcək. Dekabrın 29-da isə yanvarın 6-da olan dərs qrafiki tətbiq olunacaq.

 

Bundan başqa, 6 günlük iş həftəsi olan məktəblərdə dekabrın 29-da gələn ilin yanvar ayının 3-də olan dərslər keçiriləcək. Yanvarın 4-ü və 6-da isə VIII, IX, X, XI siniflər üçün dərs günüdür.

 

Xatırlatma: Nazirlər Kabinetinin qərarına əsasən, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yeri dəyişdirilib.

Tarix: 26 Dekabr 2019, 15:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin