BURADA REKLAMINIZ OLA
BİLƏR

Qalmaqallı icra başçısının ağac əkməsini lağa qoydular – “Yazıq işləməkdən əldən düşdü” - FOTOLAR

Bakı-Qazax yolunun Hacıqabul rayon mərkəzi ilə birləşən hissəsində ağacəkmə aksiyasında Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilovun iştirak etməsi müzakirələrə səbəb olub.

 

Pravda.az-ın xəbərinə görə, sosial şəbəkə istifadəçiləri icra başçısının fotosunu paylaşaraq onun şou göstərdiyini yazıblar.

 

Onlar şəbəkədə “Rüstəm Xəlilov şou göstərir”, “İcra başçısının əlində tutduğu “lapatka”ya torpaq da dəyməyib, üstəlik etiketi də üstündədir”, “Yeyib - doyub, yorulmuş icra başçısı”, “Yazıq işləməkdən əldən düşdü”, "Belə şeylərlə xalqı aldatmaq olmaz, işləmək lazımdır" və s. rəylər yazaraq münasibət bildiriblər.

 

Xatırlatma: R.Xəlilov 64 saylı Sabirabad ikinci seçki dairəsinin deputatı olub. O, rayonda atasına qızıldan heykəl qoydurub. Bu da ictimaiyyət nümayəndələrinin etirazına səbəb olub.

 

Qeyd: Prezident İlham Əliyevin dekabrın 4-də imzaladığı sərəncamla Rüstəm Gülabba oğlu Xəlilov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Fotoları təqdim edirik
Tarix: 26 Dekabr 2019, 20:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin