Ən son xəbərləri səhifəmizdən də izləyin

Loading...

BURADA REKLAMINIZ OLA
BİLƏR

Həbs olunan icra başçısının oğlu: “İmkan verin dərdimizə çarə tapaq”

Rüşvət və korrupsiya ittihamı ilə Dövlət Təhlükəsiliyi Xidməti (DTX) tərəfindən həbs edilən Ağstafa Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Nizaməddin Quliyevin Nəriman Rayon Məhkəməsinin hakimi işləyən oğlu Ramin Quliyevlə bağlı məlumatlar yayılıb.

 

Pravda.az-ın xəbərinə görə, Nərimanov Rayon Məhkəməsindən bildirilib ki, Ramin Quliyevin hakim kimi icraatında olan işlər əlindən alınıb və məhkəmənin digər hakimləri arasında bölüşdürülüb.

 

Modern.az məsələni dəqiqləşdirmək üçün hakim Ramin Quliyevlə əlaqə saxlayıb.

 

R.Quliyev açıqlamasında mətbuata danışmaq istəmədiyini bildirib:

 

“Mən çox üzr istəyirəm. Amma indi heç bir mətbuat qurumuna danışmaq, açıqlama vermək, suallarını cavablandırma istəmirəm. Xahiş edirəm, imkan verin öz dərdimizi çəkək, dərdimizə çarə tapaq”.

 

 

Tarix: 27 Dekabr 2019, 21:12   
Xəbər lenti
Çox oxunanlar