BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputatlar Prezident İlham Əliyevin “Xilaskar” ordeni ilə təltif olunmasını təklif etdilər

“Biz Prezident İlham Əliyevin orden və medallarla bağlı addımı Milli Məclis tərəfindən dəstəkləyirik”.

 

Pravda.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.

 

Deputat bildirib ki, böyük igidlik göstərən hərbçilərimiz orden və medallarla təltif olunacaq: “Bəs niyə cənab Prezidentin təltif edilməsi məsələsini müzakirə etməyək? “Xilaskar” ordeni təsis edilməli, Ali Baş Komandan İlham Əliyev bu ordenlə təltif edilməlidir”.

 

Deputat Məlahət İbrahimqızı Fəzail Ağamalının təklifini dəstəklədiyini deyib: “Lakin araşdırdım, tarixdə öz torpaqlarını qaytarmağı bacaran liderlər nadir ordu marşalı adı ilə təltif edilir. Prezident İlham Əliyev ya “Xilaskar” ordeni, ya da “Ordu Marşalı” adı ilə təltif edilməlidir”.

 

Deputat Siyavuş Novruz isə təklif edib ki, orden və medallarla bağlı layihəyə bir cümlə əlavə edilsin ki, “Vətən Qəhrəmanı” adı və Ordeni ilk olaraq ölkə Prezidentinə təqdim edilsin”.

 

Sədr Sahibə Qafarova isə bildirib ki, bunlar çox mühüm təkliflərdir: “Bu, ayrı bir iclasın, yaxud tədbirin mövzusudur”.

Tarix: 20 Noyabr 2020, 13:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin