Döyüş meydanında məğlub olanlar qisaslarını diplomatiya sahəsində çıxmaq istəyəcəklər

“Ermənistanın yeni təyin olunmuş xarici işlər naziri Ara Ayvazyan qondarma qurumun qondarma xarici işlər naziri Masis Mayılyanla görüşüb və gələcəkdə qondarma Dağlıq Qarabağ ermənilərinin hüquqlarının qorunması sahəsində iş aparmaları barədə danışıblar. Görünən odur ki, döyüş meydanında məğlub olanlar qisaslarını diplomatiya sahəsində çıxmaq istəyəcəklər”.

 

Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

 

A.İsmayılov bildirib ki, bu sahədə erməni diasporası da var gücü ilə xaricdəki güclərini işə salıb Qərbin insan haqları təşkilatlarını üstümüzə qaldırmağa çalışacaqlar: “Ona görə də Azərbaycanı təmsil edən İnsan Haqları təşkilatları yaxın zamanlarda maksimum ehtiyatlı olmalı və onlardan ermənilərin xeyrinə istifadə edilməsinə imkan verməməlidirlər. Ən əsası isə Azərbaycan vətəndaşları maksimum diqqətli olmalıdırlar və bilməlidirlər ki, bizim paylaşdığımız istənilən yazı, foto, videolar bizim özümüzə qarşı istifadə edilə bilər. Hər paylaşımdan öncə bunu göz önünə almalıyıq”.

Tarix: 20 Noyabr 2020, 17:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin