"Prezident İlham Əliyev çox qətiyyətli idi" - Rəsul Quliyev

"Azərbaycanın bugünkü qələbəsi təkcə işğalçı üzərində qələbə deyil, daha böyük əhəmiyyət kəsb edir. Sentyabrın 27-dən başlayan Vətən müharibəsi Azərbaycanın müstəqil dövlət olduğunu sübuta yetirən önəmli hadisədir".

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycanın ABŞ-da yaşayan sabiq səfiri Rəsul Quliyev deyib.

"Xalqın müstəqillik əzmi olmasa, heç bir böyük qonşu ölkələr - Rusiya, hətta bizim qardaşımız Türkiyə cümhuriyyəti bizi qələbəyə çatdıra bilməz. Bu qələbə ilə özünə inamı artıran Azərbaycan xalqının gələcəyi daha uğurlu ,daha parlaq olmalıdır və olacaq. Əminəm. Bütün tarix boyu heç vaxt müstəqil dövlət olmayan ermənilər ərəb xilafəti yaranandan qeyri-müstəqilliyini də itirdi və bir də 1300 il sonra peyda oldu. XIX əsrin axırlarında yaranmış millətçi-terrorçular arasında "Erməni", "Ermənistan" kimi məfhumlar ortaya çıxdı. Onlar o vaxtdan tarixi falsifikasiya etməklə hansısa "Böyük Ermənistan" ideyalarından danışırdı. O vaxtdan başlayan falsifikatorlar bu günə qədər davam edir. I dünya müharibəsində Osmanlı imperiyası Almaniya-Avstriya ittifaqından çıxış edirdi, və nəticədə qələbə çalmış Antanta Osmanlı imperiyasını dağıtdı, fürsətdən istifadə edən ermənilər "Bizdə varıq" bağırmağa başladılar. Heç bir şeyi axıra qədər araşdırmağa meyilli olmayan ABŞ prezidenti Vilson mif xalq olan ermənilərdən indiki Türkiyənin tərkibində dövlət yaratmaq istədi. O dövrdə Osmanlı imperiyası Antantanın tərəfində vuruşsaydı, bu günə qədər heç bir erməni dövləti olmayacaqdı. Heç bir tarixi baza olmadan, heç bir erməninin kompakt yaşadığı ərazi olmadan Azərbaycan torpaqlarının hesabına cırtdan bir Ermənistan dövləti yaradıldı. Bu cırtdan ölkə ilbəil Azərbaycanın torpaqlarını ələ keçirməklə ərazisini 2 dəfə genişləndirdi. Ermənilər fövqəladə xalq olduqları barədə uydurduqları rəvayətlərə özləri də inanmağa başladı, psixoz vəziyyətə düşdülər. Azərbaycanın torpaqlarının işğal olunmasından ruhlanan ermənilər özləri barədə hər gün yeni qəhrəmanlıq əfsanələri yaratmağa başladılar. Paşinyan kaputiliyasiya sənədinə imza atanda erməniləri hiddətləndirdi. Dünənə qədər "Şuşa da, Hadrut da bizimdir" bağıran paşinyanlara siz niyə təslimçilik müqaviləsinə imza atmısınız, dünənə qədər qələbədən danışırdınız soruşdular. Bu insanlar yalan informasiyaların xalq üçün necə fəlakətlə qurtara biləcəyini heç bu gündə anlamırlar. 27 sentyabrı səbirsizliklə gözləyən, qısa bir müddətdə Azərbaycan ordusunu Kür çayına qədər qovacaqlarına inanan paşinyançılar müharibənin 10-cu günü məsələnin ciddi olduğunu başa düşdülər. Artıq gec idi. Prezident İlham Əliyev çox qətiyyətli idi və onların dinc əhaliyə qarşı törətdikləri cinayətlər artıq Azərbaycan xalqını qorxutmurdu. Xalq bir yumruq kimi birləşmişdi, hamı müharibəni torpaqlar tam azad olunana qədər davam etdirmək istəyirdi. Biz heç vaxt Ermənistanın bizim qonşumuz olduğunu unutmamalıyıq. Onlar istənilən vaxt imkan düşən kimi məkrli işlərini görəcəklər" - R.Quliyev qeyd edib.

Tarix: 20 Noyabr 2020, 21:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin