Lavrov: "Bu, gizlidir"

Dağlıq Qarabağdakı sülhməramlı əməliyyatın xarakterini dəyişməklə bağlı cəhdlər olunur.

 

Pravda.az-ın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Prezident Vladimir Putinin rəhbərliyi ilə keçirilən Dağlıq Qarabağdakı Rusiya humanitar missiyası ilə bağlı müşavirədə bildirib.

 

"Təəssüflər olsun ki, Rusiya, Azərbaycan və Ermənistan dövlət başçılarının 9 noyabr tarixli üçtərəfli bəyanatının icrasını ləngitməyə, bu bəyanatın tam yerinə yetirilməsinə imkan verməməyə yönəlmiş bir tendensiya var. Hər kəs bunun uğurla həyata keçirildiyini etiraf etməyə məcbur olsa da, sülhməramlı əməliyyatın mahiyyətini dəyişdirmək cəhdlərini müşahidə edirik. Hələlik bu gizlidir, lakin ancaq bu mövcuddur", - deyə Rusiya XİN başçısı vurğulayıb.

Tarix: 20 Noyabr 2020, 22:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin