Bərbərxana və gözəllik salonları işləməyəcək

Bu gündən noyabrın 23-dək bütün ölkə ərazisində bərbərxana və gözəllik salonlarında yerində xidmət dayandırılıb.

 

Pravda.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında bildirilir.

 

Qərara əsasən, 2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla digər bütün sahələr üzrə, o cümlədən bərbərxana və gözəllik salonlarında yerində xidmət dayandırılıb.

Tarix: 21 Noyabr 2020, 00:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin