Pensiya alanlara ŞAD XƏBƏR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabr ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyaların ödənişi həyata keçirilib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə DSMF məlumat yayıb. Bildirilib ki,  müavinət, təqaüd və kompensasiyalar müvafiq kateqoriyalardan olan şəxslərin hesablarına köçürülüb.

 

Vətəndaşlar hesablarına köçürülmüş vəsaiti Kapital Bankdan onlara verilmiş bank kartları vasitəsilə həmin bankın bankomatlarından əldə edə bilərlər.

 

Yaxın günlərdə isə noyabr ayı üzrə ünvanlı dövlət sosial yardımlarının ödənişi aparılacaq.

Tarix: 21 Noyabr 2020, 11:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin