Türkiyə MN: Azərbaycanlı qardaşlarımızın haqlarını və mənafelərinin qorunması üçün nə lazımdırsa, etdik

“Azərbaycanlı qardaşlarımızın haqlarını və mənafelərinin qorunması üçün nə lazımdırsa, etdik”.

 

Pravda.az-ın məlumatına görə, bunu Türkiyə Milli Müdafiə naziri Hulusi Akar deyib.

 

Nazir bildirib ki, Azərbaycan Silahlı Qüvvələri böyük əzm göstərərək 30 ildir, Ermənistanın işğalında olan torpaqlarını azad edib: “Qarabağla bağlı imzalanan müqaviləyə əsasən, Rusiya ilə görüşlərimiz davam edir. Azərbaycanlı qardaşlarımızın haqlarının və mənafelərinin qorunması üçün nə lazımdırsa, etmişik və edirik”.

Tarix: 21 Noyabr 2020, 11:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin