Bazar günü hava necə olacaq? - Yağış, qar...

Noyabrın 22-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 8-11, Bakıda gecə 6-8, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 770 mm civə  sütunu təşkil edəcək, nisbi rütubət  gecə 70-80, gündüz 55-60 faiz olacaq. 

 

Noyabrın 22-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar  yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi  gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.  Havanın temperaturu  gecə 5-7,  gündüz 7-11 isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz  1-3 dərəcə  şaxta olacaq.  

 

Noyabrın 22-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əssasən əlverişlidir. 

Tarix: 21 Noyabr 2020, 12:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin