Lavrov və Şoyqu İrəvana niyə gedib?

"Düşünürəm ki, bu görüşdə ciddi, pərdəarxası hər hansı danışıq olmayacaq".

 

Bunu Milli Məclisin deputatı Arzu Nağıyev Rusiya Müdafiə naziri Sergey Şoyqunun Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündən danışarkən deyib. Onun fikrincə, bu görüşün əsas səbəbi sülhməramlıların missiyasıdır:

 

"Düşünürəm ki, noyabrın 20-də Rusiya Prezidenti bir anons verdi. Prezident onlayn konfransındakı çıxışında  bildirdi ki, öz nümayəndəsini həm Ermənistana, həm də Azərbaycana göndərəcək. Nümayəndə heyəti hər iki dövlətin müvafiq strukturları ilə görüş keçirəcək. Görüşün də məğzi əsasən sülhməramlı missiyanın imzalanmış sazişə əsasən həyata keçirilməsi olacaq".Qaynarinfo

Tarix: 21 Noyabr 2020, 13:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin