BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

"Azərenerji" bayramda işçilərinə 50 manat əvəzinə 12 ədəd pomidor verdi - FOTO

"Azərenerji" ASC işçilərə Yeni illə bağlı təqdim etməli olduğu 100 manat pulun 50 manatını ixtisar edib, qalan pula isə 12 ədəd pomidor paylayıb.

 

Pravda.az xəbər verir ki, bu barədə qurumun işçilərindən biri məlumat verib.

 

“Bu, biabırçılıqdır. 2 kiloqram pomidor orta hesabla 25 manata başa gəlir.  Belə çıxır ki, 100 manatın əvəzinə 12 ədəd pomidor alırıq. Bu, haqsızlıqdır" - deyə açıqlama verən işçi bu vaxta kimi belə "unikal" hadisənin baş vermədiyini, "Azərenerji"nin ilk dəfədir ki, işçilərinə belə "sürpriz" etdiyini bildirib.

 

Məsələ ilə bağlı "Azərenerji"nin mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı. Mediapress.az

 

 

 

 

Tarix: 28 Dekabr 2019, 16:41   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin