Azərbaycana gələcək Türkiyə ordusu ilə bağlı yeni xəbər

“Türkiyə Silahlı Qüvvələri Azərbaycana getmək üçün hazırlıqlarını tamamlayıb”.

 

Pravda.az-ın məlumatına görə, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.

 

O bildirib ki, hərbçilər yaxın günlərdə bölgədə olacaqlar: “Orada əsas məsələlərdən biri insani məsələdir. Ermənistan hər tərəfi dağıdıb, bunların hamısı qeydə alınıb. Edilə biləcək hər cür barbarlığı ediblər və buna davam edirlər. Getdikləri yerlərdə mina, əl qumbarası buraxmaqla ora gələcək nə qədər məsum insanın həyatına qəsd edirlər. Türkiyədən gedəcək Mehmetcik bu məsələdə azərbaycanlı qardaşlarımıza lazımi yardım göstərək və oradakı mina, partlayıcıları zərərəsizləşdirərək qardaşlarımızın zərər görməsinin qarşısını alacaq”.

Tarix: 21 Noyabr 2020, 17:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin