İran XİN başçısı Azərbaycana gələsi olmadı – SƏBƏB

İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin noyabrın 23-24-də baş tutmalı olan Azərbaycan və Rusiya səfərləri təxirə salınıb.

 

Pravda.az xəbər verir ki, bu barədə İran XİN-in rəsmi nümayəndəsi Səid Xətibzadə bildirib.

 

“Zərifin Moskva və Bakıya səfərinin təxirə salınması hökumətin bu həftə büdcə iclaslarının keçirilməsi ilə əlaqədar növbədənkənar proqramı ilə bağlıdır. Belə iclaslarda bütün nazirlərin iştirakı mütləqdir”, - İran XİN-in Mətbuat xidməti Xətibzadənin sözlərini sitat gətirir.

Tarix: 21 Noyabr 2020, 17:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin