“Qarabağda sülhün bərpasında Moskva ilə Bakının mövqeləri üst-üstə düşür”

Rusiya və Azərbaycanın Qarabağda konfessiyalararası sülhün bərqərar olması ilə bağlı mövqeyi tamamilə üst-üstə düşür.

Pravda.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıda keçirdiyi mətbuat konfransında deyib.

“Azərbaycan Prezidenti bu gün birgə üçtərəfli bəyanatın bütün elementlərinin ardıcıl və vicdanla həyata keçirilməsinin zəruriliyinə xüsusi diqqət yetirdi”, - deyə rusiyalı siyasətçi bildirib.

Nazir əlavə edib ki, “bizim dinlərarası, millətlərarası sülhün, birgəyaşayışın və barışığın bərpa olunmasına şərait yaratmaq zərurəti ilə bağlı mövqelərimiz, həmçinin üst-üstə düşür”.

 

Tarix: 21 Noyabr 2020, 19:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin