Sabiq deputat: “Şəmkirdə koronovirusa yoluxma pik həddini yaşayır”

"Əziz həmyerlilərim, hər yerdə olduğu kimi, Şəmkirdə də koronovirusa yoluxma pik həddini yaşayır. Özumüzü, ailəmizi qorumaq sadəcə maska taxmaqdan, məsafə qorumaqdan və əllərimizi təmiz saxlamaqdan keçir. Kütləvi tədbirlərdən, yas məclislərindən, qonaqlıqlardan, qonaq getməkdən uzaq durmağa çalışın".

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Milli Məclisin sabiq deputatı Sona Vəliyeva deyib.

 

"Rayonda tanıdığım çox adam infeksiyaya yoluxub, arasında rəhmətə gedənlərdə var. Əsasən həkimlər və tibb işçiləri yoluxmaqdadır. Ona görə də vəziyyətin ciddiliyini nəzərə almağınızı, özunuzu, ailənizi və cəmiyyətimizi qorumağa çalışın. Pandemiya bitməsə, sağlığınız da, qazancınız da təhlükədədir" – Deputat qeyd edib.

Tarix: 21 Noyabr 2020, 20:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin