Türkiyə Milli Müdafiə Nazirliyi: Gecə körpələri yatdıqları yerdə qətlə yetirən Ermənistan...

“Ballistik raketlərlə Azərbaycanın yaşayış məntəqələrini hədəf alan, gecə körpələri yatdıqları yerdə qətlə yetirən Ermənistan Ağdamdan çəkilərkən belə hər yeri yaxıb-yandırıb”.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyinin rəsmi twitter səhifəsində işğaldan azad edilən Ağdam rayonuna aid paylaşılan videoda bildirilib.

 

Ağdamın mərkəzindəki məsciddə oxunan ilk azanın səsinə də yer verilən videomaterialın təqdimatında “Ağdamı yenidən yaşanılacaq bir vəziyyətə gətirmək üçün fəaliyyət başlanıb”, deyə qeyd edilib.

Tarix: 22 Noyabr 2020, 08:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin