Diplomatik korpusun nümayəndələri Füzulidə Ermənistanın törətdiyi müharibə cinayətlərinin şahidi olublar

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığı əsasında ölkəmizdə akkreditasiya olunmuş xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların rəhbərləri, diplomatlar və hərbi attaşelərin işğaldan azad olunmuş Füzuli rayonuna səfəri davam edir.

 

Pravda.az-ın məlumatına görə, diplomatik korpusun nümayəndələri və hərbi attaşelər rayonun işğaldan azad edilmiş Yuxarı Əbdürrəhmanlı kəndində olublar.

 

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev diplomatik korpusun nümayəndələri və hərbi attaşelərə Ermənistan Silahlı Qüvvələrinin işğaldan əvvəl bu kəndin ərazisində yerləşmiş hərbi hissəsinin ərazisini göstərib. A. Alıyev bildirib ki, buradan rayonun işğal altında olmayan ərazilərindəki mülki əhali daim atəşə tutulub, təsərrüfat işlərinin həyata keçirilməsinə imkan verilməyib. Ermənistan Silahlı Qüvvələrinin 27 il ərzində bu ərazidən mülki əhalini atəşə tutması nəticəsində ölənlər və yaralananlar olub.APA

Tarix: 22 Noyabr 2020, 13:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin