Prezidentin köməkçisi: “Diplomatları Füzuliyə ona görə gətirdik ki...”

“Xarici diplomatları bura ona görə gətirdik ki, onlar erməni vəhşiliyini, vandalizmini öz gözləri ilə görsünlər”.

 

Pravda.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

 

Hikmət Hacıyev qeyd edib ki, bu, əvvəllər mümkün deyildi: “Çünki biz fiziki olaraq bura gələ bilmirdik. Ermənilər burda hər şeyi darmadağın ediblər. Diplomatları bura ona görə gətirdik ki, bu vəhşilikləri öz gözləri ilə görsünlər. Bundan əvvəl jurnalistləri də gətirmişdik. İndi isə diplomatları gətirdik.

Tarix: 22 Noyabr 2020, 15:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin