“Hamı bilməlidir ki, bu bəyanatın tam icrasını nə Ermənistan, nə də Rusiya istəyir” – Aslan İsmayılov

“Bu gün Dağlıq Qarabağla bağlı çoxlu sayda suallar var. Bu sualları cavab verməməyimi heç bir cavabımın olmadığını, yaxud baş verən hər şeylə razılığım, yaxud çəkinməyimlə əlaqələndirməyin. Verilən sualların əksəriyyəti məni də narahat edir. Sadəcə, üçtərəfli bəyanatın tam icra olunmasını gözləyirəm. Bu məsələdə gördüyüm qədər REAL partiyası da eyni mövqedədir və bunu alqışlayıram”.

 

Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

 

“Hamı bilməlidir ki, bu bəyanatın tam icrasını nə Ermənistan, nə də Rusiya istəyir. Ona görə də hesab edirəm ki, bir az səbrli olub təxribatlara əsas verməməliyik. Hər şey də çoxlarının təsəvvür etdiyi kimi çox rahat baş vermir. Bu günün özündə də qarşı tərəf və havadarları razılaşmanın icrasını bütün vasitələrlə əngəlləmək istəyir. Bununla belə, çoxlu sualların olmasına baxmayaraq əldə etdiyimiz Böyük Qələbə şəksizdir və bunun əhəmiyyətini illər keçdikcə daha çox anlayacağıq. Bir daha bu şərəfli günləri bizə yaşadan şəhidlərimizə rəhmət, doğmalarına səbr diləyirəm, sağlamlıqlarını itirmişlərə şəfa, bu gün də Vətənin keşiyində duran Əsgər və Zabitlərimizə can sağlığı və uğurlar arzulayıram” – A.İsmayılov qeyd edib.

Tarix: 22 Noyabr 2020, 18:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin