BURADA REKLAMINIZ OLA
BİLƏR

Oqtay Gülalıyev koronavirusdan sağaldı

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin 6 gün davam edən COVİD-19 virusu ilə bağlı müalicəsindən sonra, növbəti analiz cavabları "neqativ" çıxıb.

 

Pravda.az xəbər verir ki, bunu hüquq müdafiəçisinin oğlu Təbriz Gülalıyev məlumat verib.

 

"Sabah, günün ikinci yarısında xəstəxanadan çıxarılaraq, müalicəsi ev şəraitində davam edəcəkdir", - deyə T.Gülalıyev bildirib.

 

Qeyd edək ki, noyabrın 16-da Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) hüquq müdafiəçisi Oqtay Gülaliyevin ailəsinin müraciəti əsasında onun sağlamlıq vəziyyəti ilə maraqlanıb, bədən temperaturunun yüksək olması nəzərə alınaraq xəstəxanaya köçürülməsi üçün  COVID-19 testi götürüb. Testin noyabrın 17-də açıqlanan nəticəsinə əsasən Oqtay Gülalıyevdə COVİD-19 virusu aşkar edilib və daha sonra xüsusi rejimli xəstəxanaya - "Yeni Klinika" tibb müəssisəsinə yerləşdirilib.

Tarix: 24 Noyabr 2020, 08:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin