BURADA REKLAMINIZ OLA
BİLƏR

Fəzail Ağamalının ailəsinin sürücüsü koronavirusdan öldü

Millət vəkili Fəzail Ağamalının ailə sürücüsü koronavirusdan vəfat edib.

 

Pravda.az-ın xəbərinə görə, Bəhruz Allahverənzadə 15 gün COVİD-19-la mübarizə aparsa da sonda həyatını itirib. O, uzun müddət F.Ağamalının ailə sürücüsü kimi işləyirmiş.

 

Hadisəyə aydınlıq gətirmək üçün Millət vəkilinin özü ilə əlaqə saxladıq. Fəzail Ağamalı BAKU.WS-ə açıqlamasında məlumatın doğruluğunu təsdiq etdi: “Bəli, Bəhruz mənim nəvələrimin sürücüsü idi. Təqribən 64 yaşı var idi. 15 gün olardı ki, bu xəstəliyə yoluxmuşdu. Dünən o xəstəxanada dünyasını dəyişib. Allah rəhmət eləsin!”

Tarix: 24 Noyabr 2020, 10:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin