BURADA REKLAMINIZ OLA
BİLƏR

"Onların yer aldığı filmlər Azərbaycanda qadağan olunsun" - Nərgiz Cəlilova

Əməkdar artist Nərgiz Cəlilova ermənilərə dəstək olan fransız aktyorlarla bağlı paylaşım edib.

 

Pravda.az xəbər verir ki, aparıcı "Onların iştirakı ilə olan filmlər Azərbaycanda qadağan olunsun! Ermənilərin yalan və iftiralarını dəstəkləyən fransız aktyorlar... Qarabağ həqiqətlərindən bixəbər olanlar" deyə, paylaşımında qeyd edib.

 

Qeyd edək ki, içərisində məşhur aktyorların da yer aldığı 150-yə yaxın məşhur fransız ermənilərə dəstək üçün imza toplayıblar. Onlar arasında Alen Delon, Pyer Rişar, Jan Reno, Fanni Ardan, Jyulet Binoş, Klod Leluş və başqaları yer alıblar.Axşam.az

Fotoları təqdim edirik
Tarix: 24 Noyabr 2020, 15:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin