BURADA REKLAMINIZ OLA
BİLƏR

"Xankəndidə bir ermənini vəzifəyə qoya bilmərik, gərək hamısı azərbaycanlı olsun"

“Allaha dua edirəm ki, mən bu günü görə bildim, torpaqlarımız işğaldan azad olundu. Doğrudan da əlimi üzmüşdüm, elə bil hamımız  çox xəcalətli bir həyat yaşayırdıq”

 

Bunu Xalq artisti Rasim Balayev deyib. Xalq artisti torpaqlarımızın işğaldan azad edilməsinə ürəkdən sevindiyini bildirib:

 

“Allaha dua edirəm ki, mən bu günü görə bildim, torpaqlarımız işğaldan azad olundu. Doğrudan da əlimi üzmüşdüm, elə bil hamımız  çox xəcalətli bir həyat yaşayırdıq. Fikirləşirdim ki, torpaqlar 5-10 ilə alınmadı və deməli Zəngəzur, Göyçə, İrəvan kimi unudulub gedəcək. Amma çox şükürlər olsun başda Ali Baş Komandanımız olmaq şərtilə sən demə buna yaxşı hazırlaşıblar, hər şey nizamlı-intizamlı həyata keçirildi. Ən əsası bu xəcalət üstümüzdən götürüldü. Bu illər ərzində erməni dığaları belə bir mif yaratmışdılar ki, guya onlar döyüşkən millətdilər, azərbaycanlılar isə qorxaqdır. Ordumuz bu strerotipi tamam dağıtdı və göstərdi ki, hər şey onların dediyi kimi deyil, Azərbaycan xalqı heç vaxt qorxaq olmayıb, sadəcə o vaxt onlara ruslar kömək edib. Ermənilər neçə illər idi ki, bu fikrə düşmüşdülər və hazırlaşmışdılar. Biz isə hazırlıqsız idik. Ona görə də 1990-cı illərdə camaatımızı ayaqyalın, başıaçıq evlərindən etdilər. Amma indi görürsünüz də onlar necə bizim yerlərdən çıxırlar, yerlərimizi yandırıb çıxırlar, çünki o evlər onların deyil. Amma bizim öz evlərimiz idi və biz o evlərin açarını özümüzlə gətirdik, heç nəyi yandırmadıq”.  

 

Xalq artisti arada ötən 27 il ərzində daim Qarabağla bağlı ona suallar verildiyini bildirib:

 

“Birinci Qarabağ savaşından sonra Türkiyədə və İranda filmlərə çəkildim. Təxminən 1994-95-ci illər idi. Mənə orda bir az qınaqla yanaşıb deyirdilər ki, “erməni nədir ki, onların əlində qalmısınız, torpaqlarınızı işğal edib. Onlar iki milyondu, siz isə on milyonsunuz”. Başa salmağa çalışırdım ki, bu siyasət məsələsidir, bunu erməni yox, ruslar edib, onlara “dobro” verən olub. Onların burnundan vursaydılar, bu fikrə düşməzdilər. Bir sözlə, tarixi danışırdım, amma yenə inanan olmurdu. Ermənilər millət deyil, mən farslara da nifrət edirəm, çünki onlar da bizə nifrət edir. Ermənilərin də soyadı farsa yaxındır və deyirdim ki, bunlar farsların qaraçılarıdır. Onları 1828-ci ildə A.Qriboyedov gətirib töküb bura və deyib ki, özü də bunlar elə millətdir ki, harda çoxaldı, deyirlər ki, bura mənimdir. Tarixə nəzər salanda görürsən ki, doğrudan da belədir. Bu qələbə ruslara da, gürcülərə də kömək etdi. Erməniyə bir daha dərs oldu ki, yəni bir də yer barədə belə fikirlərə düşməyin, əgər bu fikrə düşsəniz, sonunuz belə olacaq. Bu yer elə bir şeydir ki, nə vaxtsa bunun yiyəsi gələcək, bu belə olmur və Azərbaycan bunu sübut etdi”.

 

Xalq artisti ölkə başçısının uzaqgörən siyasəti nəticəsində qələbəni əldə etdiyimizi bildirib:

 

“Bununla adımız qalxdı və sübut olundu ki, sən demə azərbaycanlılar vuruşan, qəhrəman, canını torpağa sipər edən bir millətdir. Bu qələbəni mən təsəvvürümə gətirə bilmirdim. Bunu həll edən adam ən böyük sərkərdədir, prezidentdir və o, bunu etdi. Halal olsun. Vallah mən söz tapıb deyə bilmirəm. Yəni bu o qədər ağılasığmaz bir iş idi, bunu Ali Baş Komandan elə gözəl etdi ki, hamı məəttəl qaldı.

Bu illər ərzində biz informasiya sahəsində o qədər geridə qalmışdıq ki, amma ölkə başçısı müharibə dövründə təxminən 20-30 intervü verdi və özü də ki, müxtəlif dillərdə. Mən bunların hamısına diqqətlə qulaq asdım. Hamının cavabın elə gözəl verdi ki, dünyada bizə qarşı olan informasiya hücumlarının hamısını məhv elədi. Dünya ictimaiyyəti özü də gördü ki, Ermənistanın başıçına baxın, görün nə gündədi, necə danışır, bununla yanaşı, Azərbaycan prezidentinin çıxışlarına baxın. Aradakı fərqə baxın görün nə boydadır. Yəni bunlar hamısı çox xoşdu. Mənə ləzzət elədi. Deyirdim ki, necə yəni mən Qarabağın azad edilməsini görməyəcəm. Çox şükürlər olsun. Bundan sonra düzdü, yaşamaq lazımdır, amma bundan sonra rahat ölmək olar. (Gülür) Amma qətiyyən erməniləri yaxına buraxmaq olmaz. Xankəndidə bir ermənini vəzifəyə qoya bilmərik, gərək hamısı azərbaycanlı olsun. Biz və gələcək nəsil bilməlidir ki, doqqazımızın altında canavarlar var və çox ehtiyatlı olmaq lazımdır. Aradan 30-50 il keçəcək və yenə bu fikrə düşəcəklər, çünki ermənilər xəstə millətdir. Ona görə də biz ayıq olmalıyıq”.Moderator

Tarix: 24 Noyabr 2020, 18:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin